001.jpg
9 yanvar 2008

Mehriban Əliyeva ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin sədri Robert Veksler ilə görüşüb

Yanvarın 9-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məslisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin sədri Robert Veksler ilə görüşmüşdür.


Bakıya ilk dəfə gəldiyini və səfərindən məmnun qaldığını söyləyən R.Veksler ABŞ Konqresinin Cənubi Qafqaz regionunun, xüsusilə Azərbaycanın inkişafına həmişə maraq göstərdiyini bildirmiş, Azərbaycandakı dini tolerantlığın bütün digər ölkələr üçün nümunə olduğunu vurğulamışdır.

 

Mehriban xanım Əliyeva qonağın bu səfərinin çox böyük önəm daşıdığını, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirmişdir.

 

ABŞ-ın köməyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, Birləşmiş Ştatların Azərbaycanı həmişə dəstəklədiyini xatırladan Mehriban xanım müsəlman ölkəsi olan Azərbaycanda tarixən dini tolerantlığın hökm sürdüyünü bildirmiş, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılması istiqamətində imkanlar, ölkəmizdəki müasir vəziyyət barədə fikir mübadiləsi aparılmışdır. 


FOTO