edit.jpg
14 may 2008

Mehriban Əliyeva İslandiyanın sabiq prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Viqdos Finnboqadottir ilə görüşüb

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Gülüstan” sarayında YUNESKO-nun himayəsi ilə təhsil problemlərinə dair konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslandiyanın sabiq prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Viqdos Finnboqadottir ilə görüşmüşdür.


Mehriban xanım Əliyeva Azərbaycana səfərə gəldiyinə və konfransda iştirakına görə qonağa təşəkkürünü bildirdi.


Xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlıq edən xanım Viqdos Finnboqadottir Bakıda keçirilən konfransın əhəmiyyətini vurğuladı.


Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında qonağa ətraflı məlumat verdi.  


FOTO