039.jpg
10 iyun 2008

Mehriban Əliyeva Polşa Prezidentinin xanımı Mariya Kaçinski ilə görüşüb

İyunun 10-da “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Polşa Prezidentinin xanımı Mariya Kaçinski ilə görüşmüşdür.


Mehriban xanın dəvəti qəbul edib Bakıya gəldiyinə və beynəlxalq forumda iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirdi.


Dəvətə görə bir daha minnətdarlığını bildirən Mariya Kaçinski dedi ki, çox vacib məsələlərin müzakirə olunduğu beynəlxalq Bakı forumu maraqlı və səmərəli keçir.


FOTO