041.jpg
10 iyun 2008

Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ilə görüşüb

İyunun 10-da “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ilə görüşmüşdür.


Mehriban Əliyeva forumda iştirakına və bu tədbirin təşkilində göstərdiyi böyük dəstəyə görə İSESKO-nun baş direktoruna minnətdarlığını bildirdi.


Yüksək səviyyədə keçən Bakı forumunda maraqlı fikirlərin səsləndiyini, səmimi dialoqların aparıldığını vurğulayan Azərbaycanın birinci xanımı bu tədbirdə dünyanın bütün qitələrindən nümayəndələrin iştirak etdiyini söylədi.


Mehriban xanım Əliyeva əmin olduğunu bildirdi ki, Bakı forumu ənənə halını alacaqdır.


Beynəlxalq forumun yüksək səviyyədə təşkilinə görə Mehriban Əliyevaya minnətdarlıq edən İSESKO-nun baş direktoru xüsusi vurğuladı ki, dünyanın bütün bölgələrindən nümayəndələrin iştirakı forumun yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.


FOTO