10 iyun 2008

Mehriban Əliyeva Almaniyadan olan Qrafinya Anna Beatriça Şlik ilə görüşüb

İyunun 10-da “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan almaniyalı qrafinya Anna Beatriça Şlik ilə görüşdü.


Qrafinya Anna Beatriça Şlik özünün çəkdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretini Mehriban xanıma hədiyyə etdi.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.