001.JPG
3 iyul 2012

Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyulun 3-də Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Görüşdən əvvəl qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə baxıblar.


Sonra birinci xanım Mehriban Əliyeva qonaqlar ilə görüşdü. Mehriban xanım Əliyeva Azərbaycana ilk dəfə səfər edən Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədrini ölkəmizdə görməkdən məmnun olduğunu dedi. Kolumbiya parlamentinin Dağlıq Qarabağ münaqişəsi, xüsusən də Xocalı soyqırımının tanınması ilə bağlı qəbul etdiyi qərara görə təşəkkürünü bildirən Mehriban xanım Əliyeva bu işdə Alexandra Moreno Pirakivenin fəaliyyətini xüsusi vurğuladı.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban xanım Əliyeva Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının etnik təmizləmə siyasətinə məruz qaldığını qonaqların diqqətinə çatdırdı. Bildirildi ki, Xocalı qətliamı bu münaqişənin ən qanlı səhifələrindəndir. Bu hadisənin dünyaya çatdırılması, təbliğatı belə qətliamların bir daha yaşanmaması baxımından önəmlidir.


Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakive Azərbaycana səfərinin xoş təəssüratlarla yadda qalacağını dedi, ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı.


FOTO