0.JPG
4 aprel 2007

Mehriban Əliyeva Fransa xarici işlər nazirinin xanımı Dominik Kantyen ilə görüşüb

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 4-də, Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər nazirinin xanımı Dominik Kantyen ilə görüşmüşdür.


Fransa Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin inkişafından söhbət getmişdir. Bildirilmişdir ki, son illər iki ölkə arasında mədəni əlaqələrin inkişafına təkan verən müxtəlif tədbirlər keçirilmişdir.

 

Mehriban xanım Əliyeva Fransa Senatının binasında Azərbaycan rəssamlarının sərgisinin, YUNESKO çərçivəsində Azərbaycan gününün keçirilməsini xüsusi qeyd etmişdir. Azərbaycanın birinci xanımı gələcəkdə ölkələrimizin daha da yaxınlaşması üçün mədəni tədbirlərin təşkilinin vacibliyini vurğulamışdır.

 

Xanım Dominik Kantyen Azərbaycan və Fransa uşaqlarının keramika üzərində rəsmlərindən ibarət sərgilərin təşkil olunmasını təklif etmişdir. O, səhiyyə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu söyləmişdir.

 

Fransa xarici işlər nazirinin xanımını Azərbaycana səfərə dəvət edən Mehriban xanım Əliyeva ümidvar olduğunu bildirmişdir ki, yaxın vaxtlarda hər iki ölkədə konkret mədəni tədbirlərin keçirilməsi baş tutacaqdır.


FOTO