002.JPG
10 iyul 2012

Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas ilə görüş

İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas ilə görüşüb. Səfir Kestutis Kudzmanası Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirdi.


Birinci xanım ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan litvalı səfirə gələcək işlərində uğurlar arzuladı. Heydər Əliyev Fondu ilə səmərəli əməkdaşlığa görə diplomata təşəkkürünü bildirən Mehriban Əliyeva ölkələrimiz arasında həyata keçirilən layihələrin davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək dedi: “Əminəm ki, bizim əməkdaşlıq təcrübəmiz dost dövlətlərin münasibətləri necə qurmasına nümunədir”.


Səfir Kestutis Kudzmanas Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mühüm layihələri yüksək qiymətləndirdi. Diplomat Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində görülən işlərdən, birgə uğurlu layihələrdən danışdı və bu layihələrin bundan sonra da davam etdiriləcəyini bildirdi.


FOTO