002.JPG
29 iyun 2012

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüş

Azərbaycanın birinci xanımı, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.


Baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri rəhbərlik etdiyi qurumun 30 illiyi münasibətilə təsis olunan xatirə medalını İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.


Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Əbdüləziz bin Osman əl-Tüveycri yenidən Bakıya səfərindən məmnunluğunu qeyd edərək Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.


FOTO