litva.JPG
15 mart 2013

Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas ilə görüş

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskas ilə görüşüb.


Mehriban Əliyeva qonağı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirdi, ona fəaliyyətində uğurlar arzuladı. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Litva ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etdi. Keçmiş səfir ilə bu istiqamətdə aparılan işləri xatırladan Mehriban Əliyeva əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu söylədi.


Görüşdə Azərbaycan ilə Litva arasında təhsil sahəsində aparılan əməkdaşlıq barədə də danışıldı, hazırda Litvada 104 azərbaycanlı tələbənin təhsil aldığı qeyd olundu.

 

Səfirə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verildi.


FOTO