001.JPG
15 mart 2013

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüş

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşüb.


Mehriban Əliyeva səfirə Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verdi, beynəlxalq qurumlar, o cümlədən YUNESCO və İSESCO ilə əməkdaşlığın istiqamətləri barədə danışdı.


Görüşdə Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparıldı. Həmin məktəblərdə qızlar müxtəlif peşələrə yiyələnəcəklər.


Qeyd olundu ki, Azərbaycanda qadın sahibkarlara dövlət dəstəyi göstərilir, onların cəmiyyətdəki rolunun, ictimai fəaliyyətinin stimullaşdırılmasına xüsusi diqqət göstərilir.


Səfir Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.


Görüşdə qarşılıqlı maraq doğuran digər layihələr ətrafında da fikir mübadiləsi aparıldı.


FOTO