002.gif
20 may 2013

Versal sarayının direktoru Katrin Peqar ilə görüş

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 20-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Versal sarayının və muzeyinin direktoru xanım Katrin Peqar ilə görüşüb.

 

Hədiyyələrin təqdim olunduğu görüşdə Azərbaycan ilə Versal sarayı arasında gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Mehriban Əliyeva Versal sarayındakı iki abidənin Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğunu xatırladaraq bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, Katrin Peqarı ölkəmizə səfərə dəvət edib.

 

Dəvəti məmnunluqla qəbul edən Katrin Peqar Versaldakı iki abidənin bərpasına verdiyi dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, bu cür layihələrin Heydər Əliyev Fondu ilə Versal sarayı arasında əlaqələrə mühüm töhfə olacağını söyləyib.

 

Görüşdə yaxın gələcəkdə Azərbaycanın Versalda mədəniyyət baxımından təqdimatının, Bakıda isə Versal muzeyinə aid eksponatlardan ibarət sərgisinin keçirilməsi barədə razılıq əldə edilib.

 

Görüşdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.


FOTO

VİDEO