01_fond-gorush-eurovision.jpg
7 iyun 2013

“Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüş

İyunun 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında İsveçin Malmö şəhərində keçirilmiş “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüşüb.

 

Birinci xanım Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik etdi.

 

Mehriban Əliyeva artıq altıncı dəfədir ki, “Eurovision” mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğuladı. Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının dövlətimiz tərəfindən daim dəstəkləndiyini qeyd edən birinci xanım ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirdi və bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirdi.

 

Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə birinci xanıma təşəkkürünü bildirdi.

 

Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO