001.gif
7 oktyabr 2013

Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Azərbaycan ilə Fransa arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu deyən Mehriban Əliyeva bu ilin mayında Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində orada bir sıra görüşlər keçirdiyini xatırladıb. Mehriban Əliyeva belə görüşlərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.

 

Natali Qule isə Azərbaycana səfərinin məqsədindən danışıb, rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə prezident seçkilərini müşahidə edəcəyini söyləyib.

 

Fransalı Senator Azərbaycana səfərləri çərçivəsində bir sıra rəsmi görüşlər keçirdiyini də vurğulayıb.


FOTO

VİDEO