001.jpg
12 may 2014

Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem ilə görüşüb

Mayın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Fransa arasında qadın hüquqları, ailə məsələləri, gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Söhbət zamanı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Azərbaycan və Fransa arasında mümkün əməkdaşlıq layihələri müzakirə olundu.


VİDEO