001.JPG
3 noyabr 2014

Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

Noyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.


Azərbaycan-Macarıstan əlaqələrinin ildən-ilə inkişaf etdiyini deyən Mehriban Əliyeva iki ölkə arasında əməkdaşlığın bir çox sahələri əhatə etdiyini vurğulayıb. İqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafını xüsusi qeyd edən Mehriban Əliyeva Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən də danışıb, səfirliklə Heydər Əliyev Fondu arasında yaxşı əlaqələrin olduğunu bildirib. Birinci xanım Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeştdə Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusunun tikilməkdə olduğunu xatırladıb. “Azərbaycan-Macarıstan mətbəxi” kitabının çap olunduğunu deyən Mehriban Əliyeva gələcəkdə belə layihələrin sayının artırılmasının vacibliyini vurğulayıb, Heydər Əliyev Fondunun əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.


Bakıya beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto Azərbaycan iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirib. Nazir hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu bildirib, Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini qeyd edib.


FOTO

VİDEO