002.JPG
5 mart 2015

Mehriban Əliyeva Vatikanın mədəniyyət naziri Canfranko Ravazi ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 5-də Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb.

 

Canfranko Ravazi Mehriban Əliyevanın Azərbaycanla Vatikan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki fəaliyyətini yüksək qiymətləndirib. İki dövlət arasında humanitar və mədəniyyət sahələrində həyata keçirilən layihələrin nadirliyindən danışan Canfranko Ravazi Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirib. Nazir Azərbaycandakı tolerantlığın və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin Müqəddəs Taxt-Tac tərəfindən yüksək dəyərləndirildiyini bildirib.

 

Mehriban Əliyeva isə Azərbaycanın Vatikan ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə bağlı bir sıra layihələrdə iştirakının bundan sonra da davam etdiriləcəyini vurğulayan Mehriban Əliyeva bildirib ki, bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri var.


Mehriban Əliyeva Canfranko Ravazini bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dəvət edib.


FOTO

VİDEO