ZAU_4799.jpg
9 mart 2015

Mehriban Əliyeva Rusiya Prezidentinin köməkçisi, Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin ilə görüşüb

Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Rusiya Prezidentinin köməkçisi, Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin ilə görüşüb.

 

Görüşdə bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanın bu tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib. Rusiya idmançılarının birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin ölkəsinin bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib.


Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa müddət ərzində böyük işlər görüldüyünü, Bakının belə möhtəşəm idman bayramına ev sahibliyi etməsindən məmnunluğunu bildirib.


Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən, idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva bu ərəfədə Avropanın bir sıra şəhərlərində “Bakı-2015”in təqdimatlarının keçirildiyini də xatırladıb. Mehriban Əliyeva Bakıda təşkil olunacaq yarışlardan hər kəsin böyük zövq alacağına əminliyini ifadə edib.


FOTO