004.jpg
17 may 2015

UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul ediblər.


Koişiro Matsuura Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü də xatırlayıb.


Söhbət zamanı Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulanıb, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib.


FOTO

VİDEO