14319514813947924592_750x500.jpg
18 may 2015

Fransa Senatının üzvü Natali Qule ilə görüş

Mayın 18-də Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.


Mehriban Əliyeva III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açıb, Natali Qulenin Fransa parlamentinin üzvü kimi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verməsini yüksək dəyərləndirib.


Yenidən Azərbaycana səfər etməsindən məmnun olduğunu söyləyən Fransa parlamentinin deputatı hər gəlişində Bakıda dəyişikliklərə və yeniliklərə şahid olduğunu bildirib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən Natali Qule artıq ənənə halı almış Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.


FOTO

VİDEO