14319520643691150657_750x500.jpg
18 may 2015

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüş

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.


Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edilib, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirilib, Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi də qeyd olunub.


Söhbət zamanı Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


FOTO

VİDEO