DSC_8337.JPG
3 sentyabr 2015

Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüş

Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin böyük potensialının olduğu vurğulanıb. Ölkələrimizin regionları arasında əməkdaşlığın inkişafetdirilməsinin vacibliyi bildirilib. Bu ilin noyabrında Gəncə şəhərində keçiriləcək və regionlararası əməkdaşlığa həsr olunacaq Azərbaycan-Fransa Forumunun əhəmiyyəti qeyd edilib.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Mehriban Əliyeva Fransanın bu münaqişənin nizama salınmasındakı səylərini yüksək qiymətləndirərək, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

 

Prezident Administrasiyasının baş katibi Jan Pyer Juye də ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu və həmsədr ölkə kimi Fransanın bu münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirib.

 

Görüşdə Mehriban Əliyevanın Fransa-Azərbaycan əməkdaşlığındakı rolu xüsusi vurğulanıb və onun həm parlamentlərarası dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti yüksək qiymətləndirilib.


FOTO