002.jpg
9 mart 2016

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ilə görüş

Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşüb.


Mehriban Əliyeva Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji sahələrində mövcud olan uğurlu əməkdaşlığı məmnunluqla qeyd edib. “Şadam ki, ölkələrimiz arasında humanitar əlaqələr də yaxşı inkişaf edir”, - deyən Mehriban Əliyeva son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada bir çox tədbirlərin keçirildiyini bildirib. Bu tədbirlərin təşkilində məqsədin Azərbaycan reallıqlarının İtaliya ictimaiyyətinə çatdırmaq olduğu vurğulanıb. Belə tədbirlərin İtaliya vətəndaşları tərəfindən böyük maraqla qarşılandığı və gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


FOTO

VİDEO