003.jpg
9 mart 2016

Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova ilə görüş

Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova ilə görüşü olub.

 

Heydər Əliyev Fondunda Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı görməkdən şad olduğunu deyən Mehriban Əliyeva Azərbaycan-Bolqarıstan əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri vurğulayıb. Ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə yaxın olduğu qeyd edilib, münasibətlərimizin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğu vurğulanıb. Bu əməkdaşlıqda Maya Xristovanın əməyi xüsusi qeyd edilib, Heydər Əliyev Fondunun diplomatik missiyanın rəhbərinin dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bununla əlaqədar ötən ilin may ayında Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb. Hazırda bərpa işləri başa çatmaq üzrədir.

 

Səfir Maya Xristova Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi layihəyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.


FOTO

VİDEO