1.jpg
10 mart 2016

Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez ilə görüş

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez ilə görüşüb.

 

Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini, hər iki ölkənin dövlət başçılarının yüksək səviyyəli görüşlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu bildirib. Azərbaycanda çoxlu sayda Fransa şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən Mehriban Əliyeva humanitar sahədəki əməkdaşlığı xüsusi vurğulayıb.

 

Azərbaycan və Fransa qanunverici orqanları arasında yaxşı əlaqələrin qurulduğu da diqqətə çatdırılıb.

 

Fondun dəstəyi və təşəbbüsü ilə Fransada bir çox layihələrin reallaşdırıldığı, bu layihələrin xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyi vurğulanıb. Fransanın ölkəmizdəki səfiri Orelia Buşezin dəstəyi ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

 

Azərbaycanın birinci xanımı ilə görüşməkdən şərəf duyduğunu deyən Fransanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri Azərbaycan-Fransa münasibətlərinin güclü olduğunu diqqətə çatdırıb. Orelia Buşez iki ölkə arasında inkişaf etməyən sahənin olmadığını bildirib.


FOTO

VİDEO