14576191036234522355_1000x669.jpg
10 mart 2016

Misirin Azərbaycandakı səfiri xanım Suzanne Mohamed Gamil ilə görüş

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil ilə görüşüb.

 

Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Mehriban Əliyeva ölkələrimizi və xalqlarımızı dostluq tellərinin bağladığını söyləyib. Hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyi qeyd edilib, mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminlikifadə olunub. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Misirdə təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Beş aydır ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini qeyd edən Suzanne Mohamed Gamil ölkəmizdə çalışmaqdan məmnunluğunu ifadə edib. Diplomatik missiyanın rəhbəriHeydər Əliyev Fondunun Misirdə gördüyü işlərə görə təşəkkürünü bildirib.


FOTO

VİDEO