Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən İtaliyada gördüyü işlər yüksək qiymətləndirilib. Həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb, gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.