001.JPG
27 aprel 2016

Fransanın sabiq Baş naziri Dominik de Vilpen ilə görüş

Aprelin 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Fransanın sabiq Baş naziri Dominik de Vilpen ilə görüşüb.


Görüşdə Forumun yüksək səviyyədə keçirildiyi bildirilib, Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişaf etdiyi və Heydər Əliyev Fondunun bu prosesə töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu Fransada bir sıra mədəniyyət layihələri həyata keçirir və bu, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqda mühüm yer tutur.


FOTO

VİDEO