001.JPG
27 aprel 2016

San Patrignano Cəmiyyətinin qurucusu Letizia Moratti ilə görüş

Aprelin 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Moratti ilə görüşüb.


Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Morattini Forumda görməkdən şad olduğunu söyləyib, bu tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.


Görüşdə Heydər Əliyev Fondu ilə San Patrignano Cəmiyyəti arasında əməkdaşlıq imkanları, o cümlədən tarixi abidələrin qorunması və bərpası, inklüziv cəmiyyətlərdə birgəyaşayış, sosial sahədə layihələr ilə bağlı məsələlər müzakirə olunub.


FOTO

Paylaş: