3.JPG
30 iyul 2010

Mehriban Əliyevaya YUNESKO-nun “Qızıl Motsart” medalı təqdim edilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının iyulun 30-da təntənəli rəsmi açılışı olmuşdur.

 

Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak etmişlər.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva festivalın açılışında çıxış etmişdir.

 

Mərasimdə çıxış edən YUNESKO-nun baş direktoru xanım İrina Bokova Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirmişdir.

 

İrina Bokova YUNESKO-nun “Qızıl Motsart” medalını Mehriban xanım Əliyevaya təqdim etmişdir.


FOTO