006.JPG
27 oktyabr 2012

Parisdə Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş mərasim

Oktyabrın 27-də Parisin məşhur “Salle Pleyel” sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.


Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.


Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon mərasimdə çıxış edərək bildirdi ki, ölkələrimizin ikitərəfli əlaqələri 20 ildə böyük inkişaf yolu keçmişdir. Ambruaz  Düpon Prezident İlham Əliyevin Fransaya səfərlərinin ölkələrimizin münasibətlərində yeni səhifə açdığını söylədi. Hazırda Fransa-Qafqaz dostluq qrupuna 30 senatorun daxil olduğunu deyən Düpon Mehriban xanım Əliyevanın Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi mühüm fəaliyyət göstərdiyini vurğuladı.


Ambruaz Düpon Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfələrin də yüksək qiymətləndirildiyini bildirdi.


Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa etdilər.


Konsertdə Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


FOTO