16 noyabr 2012

Mehriban Əliyeva Beynəlxalq Kazak Akademiyasının ali mükafatına layiq görülüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Beynəlxalq Kazak Akademiyasının ali mükafatına layiq görülüb.


Bunu Azərbaycan Kazaklar İttifaqının atamanı Viktor Mereşkin bildirib. Onun sözlərinə görə, “Siçevlavskoye voysko Zaporojskoye” Mehriban Əliyevanı ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatına təqdim edib. Təltif vərəqində göstərilir ki, Mehriban Əliyeva “mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə” təltif olunub.


Orden unikal eksklüziv icrada, bir nüsxədə, təkrarlanma hüququ olmadan hazırlanıb.


Paylaş: