02_fond-kitab-taqdimat_.jpg
3 may 2013

“Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi olub

Mayın 3-də “Nizami” Kino Mərkəzində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

 

Mərasim Azərbaycan tarixini, mədəniyyətini və zəngin turizm potensialını əks etdirən videoçarxın nümayişi ilə başladı.

 

Sonra “Eurovision Bakıda” filmi nümayiş olundu.

 

Mərasimdə “Eurovision Bakıda” kitabının da təqdimatı oldu.


FOTO

VİDEO