Fevralın 3-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki sanatoriya tipli 10 nömrəli internat məktəbi ilə tanış olmuşdur.
Direktor Dilarə Həsənova məktəb haqqında məlumat verərək dedi ki, buradakı şagirdlər əsasən yel xəstəlikləri olan uşaqlardır. 545 uşağın 445-i yataqxanada qalır, qalanlarını isə valideynləri dərsdən sonra evlərinə aparırlar. Bu məktəb də Avropa Birliyinin yardımı ilə təmir olunur və burada uşaqlar üçün hər cür şərait yaradılacaqdır.
YUNESKO-nun xoşməramlı səfiri 1961-ci ildən fəaliyyət göstərən bu tərbiyə ocağının təmir olunmuş otaqlarına, şagirdlərin əl işlərinə baxdı və uşaqlar üçün yaradılmış şəraitdən razılığını bildirdi.