Yanvarın 31-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakının Nizami rayonundakı əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbində olmuşdur.
Hörmətli qonağı məktəbdə gül-çiçəklə qarşıladılar.
Azərbaycan və rus bölmələri üzrə 124 şagirdin məktəbdə, 60-dan çoxunun evlərdə təhsil aldığını söyləyən məktəbin direktoru Nüşabə Heydərova vurğuladı ki, yerli icra hakimiyyəti və Təhsil Nazirliyi tərəfindən vaxtaşırı onlara kömək göstərilir, dərsliklərlə təmin olunurlar. İstedadlı uşaqların toxuma üzrə əl işlərindən və rəsmlərindən ibarət sərgi yaradılmışdır.
Mehriban xanım Əliyeva sərgi ilə tanış oldu, ayrı-ayrı sinif otaqlarına, emalatxanaya, tibb otağına, yeməkxanaya baxdı, məktəbdə şəraitin yaxşılaşdırılması üçün mühüm işlərin görülməsinin zəruriliyini, 1958-ci ildə tikilmiş binanın təmirə ehtiyacı olduğunu bildirdi.