0_edit.jpg
31 yanvar 2005

Mehriban Əliyeva Nizami rayonundakı kar uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yanvarın 31-də Nizami rayonundakı kar uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbində də olmuş, 333 şagirdin təhsil aldığı məktəbin problemləri, şəraiti ilə maraqlanmışdır.

 

Məktəbin direktoru Məlahət Səmədova xeyirxah işlərinə görə Mehriban xanıma minnətdarlığını bildirdi. O, hörmətli qonağa dərs, təlim-tərbiyə prosesi barədə məlumat verərək dedi ki, 152 müəllimin çalışdığı bu təhsil ocağında uşaqların müxtəlif sənətlərə yiyələnməsi üçün şərait yaradılmışdır.

 

Mehriban xanım Əliyeva ayrı-ayrı siniflərdə oxuyan şagirdlərlə səmimi görüşərək, onların bilik səviyyəsinə xüsusi diqqət yetirdi, onlara dərslərində uğurlar arzuladı.

Sonra Fondun prezidenti istedadlı uşaqların rəsmləri və tikiş nümunələri, əmək təlimi emalatxanaları, yataqxana və yeməkxana ilə tanış oldu, mətbəxə keçərək yeməyin keyfiyyəti ilə maraqlandı, ərzaq saxlanılan anbara baxdı, avadanlığın təzələnməsinə ehtiyac duyulduğunu söylədi.

 

Təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə adları çəkilən məktəblərdə olmuşlar.


FOTO

Paylaş: