001.JPG
19 sentyabr 2012

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda iştirak ediblər

Sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilmiş qəbul olub. 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak ediblər.


Dövlətimizin başçısı qəbulda çıxış etdi.


Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər nüfuzlu qonaqların iştirak etdiyi qəbulda milli mətbəximizin ləziz təamları təqdim olundu.


Tədbir konsert proqramı ilə davam etdi.


FOTO

VİDEO

Paylaş: