1.JPG
26 iyul 2005

Mehriban Əliyeva Xaçmaz rayonunun bir sıra kənd məktəblərində olub

Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaza səfəri çərçivəsində Prezidentin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva rayonun Sayad və Müşkür kəndlərində məktəblərin tikintisi ilə tanış olmuşdur.

 

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə rayonda 3 təhsil ocağı tikilir.

 

Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, bu layihə dövlət tərəfindən də dəstəklənir və sentyabrın 15-dək respublikada 132 məktəbin hamısı istifadəyə hazır olacaqdır.

 

Xaçmazda məktəb tikintisini həyata keçirən "Azərkəndtikinti" Səhmdar Cəmiyyətinin nümayəndələri işlərin gedişi barədə məlumat verdilər. Sakinlər və müəllimlər Sayad məktəbində nəzərdə tutulan 100 nəfərlik 4 sinfin azlıq edəcəyini diqqətə çatdırdılar.

 

Mehriban xanım söz verdi ki, əlavə olaraq daha 5 sinif otağı tikiləcək və 200-dən çox şagirdin təzə məktəbdə təhsil alması üçün şərait yaradılacaqdır.

 

Müşkür kəndində 11 nömrəli "Kəndtikinti" trestinin inşa etdiyi məktəb də 200 yerlikdir. Tikinti işləri sürətlə gedir. Kənd sakinləri humanist fəaliyyətinə, böyüyən nəslə göstərdiyi qayğıya, təhsilin maddi-texniki bazasının genişləndirilməsi üçün gördüyü işlərə görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

 

YUNESKO-nun xoşməramlı səfiri belə layihələrin bundan sonra da əhatəli şəkildə həyata keçiriləcəyini söylədi.

 

Mehriban Əliyeva və qızı Leyla kənd sakinləri ilə xatirə şəkilləri çəkdirdilər.


FOTO

Paylaş: