01.jpg
19 avqust 2005

Mehriban Əliyeva Oğuz rayonunun Xalxal kəndində məktəb binasının tikintisi ilə tanış olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva İlham Əliyevin Oğuz rayonuna səfəri çərçivəsində avqustun 19-da rayonun Xalxal kəndində məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Yaşıl dağlar qoynunda yerləşən kəndin sakinləri, inşaatçılar Mehriban xanımı böyük səmimiyyətlə qarşıladılar.

 

Bildirildi ki, 1937-ci ildən fəaliyyət göstərən kənd məktəbi indiyədək düz 115 il əvvəl tikilmiş binada yerləşmişdir. Bu isə tədris prosesinə mənfi təsir göstərirdi. Kənd sakinləri, müəllimlər, məktəblilər Mehriban xanımın birbaşa qayğısı və köməyi sayəsində sentyabrdan təzə, hər cür şəraiti olan məktəb binasının istifadəyə veriləcəyindən böyük razılıq hissi keçirdiklərini söylədilər, Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını, ən xoş arzularını yetirdilər.

 

Mehriban xanım rəhbərlik etdiyi Fondun təşəbbüsü ilə yeni dərs ilinə kimi respublikamızın müxtəlif yerlərində çoxlu məktəbin tikilib istifadəyə veriləcəyini bildirdi. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının hazırda uğurla həyata keçirildiyini xatırladan Fondun prezidenti Xalxal kənd məktəbində tikinti işlərinin gedişi ilə yaxından maraqlandı, öz tövsiyələrini verdi, məktəbin təzə avadanlıqla təchiz olunmasına da yaxından kömək göstəriləcəyini söylədi.

 

Mehriban xanım sonra inşaatçılarla, kənd sakinləri ilə səmimi söhbət etdi, onların qayğı və problemləri ilə maraqlandı.

 

Kənd sakinləri ölkəmizdə təhsilin inkişafına, uşaq evlərinə, internatlara göstərdiyi qayğıya görə Mehriban xanıma ürəkdən gələn xoş sözlər dedilər.

 

Mehriban xanım Əliyeva yeni tikilən məktəbin qarşısında kənd sakinləri ilə xatirə şəkli çəkdirdi.

 


FOTO