Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Əvvəlki illərdə iki qrupla fəaliyyət göstərmiş uşaq bağçasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasına 2015-ci ilin əvvəlindən başlanılıb. Hazırda uşaq bağçası beş qrupluq yeni məktəbəqədər təhsil müəssisəsinə çevrilib. Əsaslı təmir işlərindən sonra körpələr evi-uşaq bağçasında şərait müasir səviyyəyə çatdırılıb.
Hazırda bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait var.