29 iyun 2005

Kürdəmir rayonunun Bəyi, Karrar, Sovla kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Kürdəmir rayonunun Bəyi, Karrar, Sovla kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir.


Bu kəndlərdə qəza vəziyyətində olan məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagird yeri olan yeni məktəblər tikilib, sentyabrın 15-dək istifadəyə veriləcəkdir. Artıq layihə-smeta sənədləri hazırlanmış, inşaat işlərinə başlanmışdır.