29 yanvar 2009

Heydər Əliyev Fondunun təşəbbüsü və Polşa səfirliyinin maliyyə dəstəyi ilə Samux rayonunda tikilmiş yeni məktəb binası istifadəyə verilib

Yanvarın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Polşanın Azərbaycandakı səfirliyinin Samux rayonunun Sarıqamış kəndində inşa etdirdikləri 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur.

 

Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinə ziyarət edildikdən və önünə gül-çiçək dəstələri qoyulduqdan sonra Sarıqamış kəndində məktəbin açılış mərasimi olmuşdur.

 

Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun ucqar kəndində belə bir təhsil ocağının inşasına görə Heydər Əliyev Fonduna və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, Polşa səfirliyinə minnətdarlıq etmişdir.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski çıxış edərək pedaqoji kollektivə xoş arzularını bildirmişlər.

 

Rəmzi qırmızı lent kəsilmiş və mərasim iştirakçıları məktəblə tanış olmuşlar.