30 dekabr 2009

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər.


Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.

 

Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır.

 

Almaniyalı qonaq Heydər Əliyev Fondunun uşaq evlərinin vəziyyətinin yaxşılaşdırılması sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.


Fondun təşkil etdiyi Yeni il şənliyinə dəvət olunan T.Frike Heydər Əliyev Fondu ilə ikitərəfli əməkdaşlığın yaxşı nəticə verəcəyinə əminliyini bildirmişdir. O demişdir ki, mən Fondun dəstəklədiyi həm yeni tikilən, həm də əsaslı bərpa olunan uşaq evlərinin vəziyyəti ilə tanış olmuşam.

 

Demək istəyirəm ki, bu evlərdə vəziyyət çox yaxşıdır. Ümid edirəm ki, əməkdaşlığımız yaxşı nəticə verəcəkdir. Biz bir-birimizdən çox şey öyrənə bilərik. Bizim əsas məqsədimiz ixtisaslı kadrların mübadiləsi ilə bağlıdır.