02_HEYDAR ALIYEV FONDU-SHAMAXI-MADANIYYAT EVI - TAMALQOYMA.JPG
28 dekabr 2009

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub

Yeni təqvim ili ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşasına başlanılan Nəsimi adına uşaq incəsənət məktəbi binasının təməlqoyma mərasimi rayon sakinləri üçün əsl bayrama çevrilmişdir.


Təməlqoyma mərasimində vurğulanmışdır ki, bu musiqi məktəbinin fəaliyyəti yarım əsirlik dövrü əhatə etməsinə baxmayaraq, burada uzun illər əsaslı təmir aparılmadığından bina tam yararsız vəziyyətə düşmüşdür.

 

Musiqi məktəbinin yeni binasını layihələndirən memar Sevinc Mahmudəliqızı demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən bu binanın sahəsi 3264 kvadratmetrdir. Binada rəsm, rəqs, məşq və müəllimlər üçün otaqlar, akt zalı, sərgi salonu, bufet nəzərdə tutulmuşdur. Ümumilikdə burada müasir avadanlıqla təchiz ediləcək 54 otaq fəaliyyət göstərəcəkdir. Məktəbin həyətində yaşıllaşdırma və abadlıq işləri aparılacaqdır. Üçmərtəbəli müasir incəsənət məktəbi binasının tikintisinin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur.


FOTO