2.JPG
3 mart 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Samux rayonunun Əliuşağı kənd orta məktəbində və Kəlbəcər rayonunun 67 nömrəli məktəbində olub

Azərbaycan Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 3-də Mirzə Fətəli Axundov adına Əliuşağı kənd orta məktəbində olmuşdur.

 

2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş məktəbdə 200 şagird təhsil alır. 2007-ci ildə məktəbin 3 məzunu yüksək balla ali məktəblərə qəbul olunmuşdur. Mehriban xanım Əliyeva Azərbaycan dili və tarix kabinetləri və kompyuter otağı ilə tanış oldu. Bildirildi ki, kompyuterlərin hamısı internet şəbəkəsinə qoşulmuşdur. Mehriban xanım məktəbin kollektivinə uğurlar arzuladı.

 

Heydər Əliyev Fondunun prezidenti həmin kənddə yerləşən Kəlbəcər rayonunun 67 nömrəli məktəbində də oldu. Mehriban xanıma məlumat verildi ki, 2004-cü ildə tikilmiş məktəbin on sinif otağı var. Burada Kəlbəcər rayonundan olan 40 şagird təhsil alır. Heydər Əliyev Fondunun prezidenti məktəbin kompyuter otağı, ibtidai sinif otağı, kitabxanası ilə tanış oldu. Bildirildi ki, kitabxanada dərsliklərdən və bədii ədəbiyyatdan ibarət 1800 kitab var. Mehriban xanım Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendə də baxdı.

 


FOTO