23 fevral 2008

Lerik rayonunun Piran kəndində yeni məktəb binasının təməli qoyulub

Lerik rayonunun Piran kəndində 320 şagird yerlik ikimərtəbəli yeni məktəb binasının təməli qoyulmuşdur.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tikintisinə başlanılan yeni tədris müəssisəsində idman və akt zalları, yeməkxana, kitabxana, həkim və kompyuter otaqları, fənn kabinetləri olacaqdır.

 

Təməlqoyma mərasimində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Mili Məclisin deputatı Miri Qənbərov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, məktəbin müəllim və şagird kollektivinin, kənd sakinlərinin nümayəndələri çıxış edərək 40 il əvvəl uyğunlaşdırılmış binada yerləşən orta məktəb üçün yeni binanın tikintisinə, regionlarda təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.