11 yanvar 2007

Ötən il Ağcabədidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5 məktəb tikilib istifadəyə verilib

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Ağcabədi rayonunda ötən il 5 məktəb binası tikilib istifadəyə verilmişdir.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindarx, Minaxorlu, Şənlik kəndlərində hər biri 240, Hacılar kəndində 200, Aşağı Avşar kəndində isə 100 yerlik məktəb binaları inşa olunmuşdur.

 

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramının 2-ci mərhələsində rayonun Şərəfxanlı kəndində 240 yerlik məktəb binası tikiləcəkdir. Hazırda rayonun Boyad kəndində 500 yerlik, Kürdlər kəndində 360 yerlik məktəb binaları inşa edilir.

 

Ağcabədililər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.