29 mart 2007

Yardımlıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb binası istifadəyə verilib

Yardımlı qəsəbəsindəki 2 nömrəli orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 360 şagird yeri olan ikimərtəbəli məktəb binasının açılışı olmuşdur.

 

Müasir üslubda inşa edilmiş təhsil ocağında istilik sistemi quraşdırılmış, sinif otaqları zəruri avadanlıq, məktəb ləvazimatı və kompyuterlərlə təmin edilmişdir.

 

Rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri çıxışlarında son 2 ildə rayonda tikilən 42 məktəb binasının 9-nun məhz Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunduğunu vurğulamış, regionlarda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Fondun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Qeyd olunmuşdur ki, rayonun Bozayran kəndində 360 şagirdlik məktəb binası inşa edilir. Aslanlı kənd orta məktəbi üçün isə yeni korpusun tikintisi nəzərdə tutulmuşdur.