6.jpg
14 iyun 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsində 156 nömrəli məktəb üçün binanın tikinti işləri ilə tanış olub

Mehriban Əliyeva iyunun 14-də Şüvəlan qəsəbəsində 156 nömrəli məktəb üçün binanın tikinti işləri ilə tanış olub.

 

1935-ci ildə inşa olunmuş köhnə məktəbdə 700 şagird təhsil alırdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivəsində tikilən və 1050 şagird üçün nəzərdə tutulan yeni bina sentyabrda istifadəyə veriləcəkdir.

 

Mehriban xanım Əliyeva məktəbin layihəsi ilə yaxından tanış oldu, fasadın görünüşü, sinif otaqlarının, istilik sisteminin, idman salonunun, yeməkxananın, digər otaq və kabinetlərin avadanlıqla təchizatı, tərtibatı ilə bağlı tövsiyələrini verdi.


FOTO