14 iyul 2007

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucarda məktəb binası tikilir

Heydər Əliyev Fondu respublikamızın bütün bölgələrində, o cümlədən Ucar rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi layihələr həyata keçirir.


Rayon təhsil şöbəsindən bildirmişlər ki, hazırda Fondun təşəbbüsü ilə rayonun iri yaşayış məntəqələrindən olan Alpı kəndində 200 yerlik orta məktəb binası inşa olunur. Yeni təhsil ocağı bu ilin sonunadək istifadəyə veriləcəkdir. Müasir memarlıq üslubunda tikilən, hər cür şəraiti olacaq məktəb binası kənddə təhsilin müasir standartlar səviyyəsində qurulmasına imkan verəcəkdir.

 

Kəndin sakinləri, xüsusilə müəllim və şagird kollektivləri göstərilən diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıq edirlər.